Siyasət
İlham Əliyev Özbəkistana getdi - Video
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Axar.az xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və xanımı Ziroatxon Mirziyayeva qarşılayıblar.
Mənbə
axar.az