İdman
Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Toronto"ya qarşı keçirilən ev oyununda qol müəllifi olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, argentinalı ulduz 82-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qarşılaşma "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Messi ardıcıl ikinci oyunda meydanı qolla tərk edib. Bundan əvvəl o, "Filadelfiya" ilə səfər matçında (2:2) fərqlənmişdi. Vurduğu bu qol sayəsində Messi müntəzəm çempionatın ən yaxşı bombardirləri siyahısında ikinci pilləyə yüksəlib. Argentinalı futbolçunun aktivində artıq 14 qol var. Bu göstərici üzrə birinci yerdə "Dallas"ın xorvatiyalı hücumçusu Petar Musa (16 qol) qərarlaşıb. Hazırda "İnter Mayami" Şərq Konfransının turnir cədvəlində ikinci, "Toronto" isə 10-cu yerdədir. Komandaların aktivində müvafiq olaraq 39 və 24 xal var.

Mənbə
oxu.az