İdman

Yeniyetmə cüdoçularımız dünya çempionatını bir qızıl, bir gümüş medalla başa vurublar

23 Aug 2026, 09:48 4 baxış
Yeniyetmə cüdoçularımız dünya çempionatını bir qızıl, bir gümüş medalla başa vurublar
Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar. Oxu.Az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb. Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub. Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər