Digər
Putinin uzunmüddətli hədəflərindən biri… - Zelenski
Rusiyanın hazırda təxminən 600–630 ballistik raketi var və ölkə ildə 1300-ə qədər belə raket istehsal edə bilər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna yaxın vaxtlarda sərhəd yaxınlığında “İsgəndər” raket kompleksinin buraxılış qurğusunu məhv edib. Bu, Rusiya raket sistemlərinin ovlanması çərçivəsində həyata keçirilən əməliyyatlardan biridir.
Rusiya gələcəkdə “bufer zona” yaratmaq məqsədilə Kiyev və ya Çerniqov vilayətlərinə doğru irəliləməyə cəhd göstərə bilər. Kiyev hələ də Putinin uzunmüddətli hədəflərindən biridir”, - o bildirib.
Mənbə
axar.az