Digər
Rusiya Kiyevdə hava limanını vurdu - Video
Rusiyanın Ukraynanın Kiyev vilayətinə ballistik raket hücumu nəticəsində Borispol rayonunda 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz Teleqram kanalında məlumat yayıb.
T.Tkaçenkonun sözlərinə görə, anbar, avtomobil dayanacağı, nəqliyyat vasitələri, şəxsi evlər və yanacaqdoldurma stansiyası da zərər görüb.
"Baza" kanalı isə Borispol hava limanına da güclü zərbə endirildiyini bildirib.
İlkin məlumata görə, aerodroma kaset döyüş başlıqlı təxminən 7 raket düşüb və ərazidən böyük, qatı tüstü sütunu qalxır. Daha əvvəl orada Ukrayna hava hücumundan müdafiə mövqeləri və logistika obyektlər yerləşirdi.
Mənbə
axar.az