Kriminal
Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var
Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-ci il təvəllüdlü Yusifə Nəsib qızı Hüseynova tüstüdən zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az