Kriminal
Sumqayıtda yataqxanada yanğın: ana və oğlu zəhərləndi
Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb.
Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və anası, 1978-ci il təvəllüdlü Yusifə Nəsib qızı Hüseynova tüstüdən zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az