Dünya
Acun Ilıcalının komandası "Hull City" "Qırmızı şeytanlar"ı məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının ilk turunda Acun Ilıcalının sahibi olduğu "Hull City" doğma meydanda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edərək 10 illik fasilədən sonra qayıtdığı elit diviziona əla start verib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Premyer Liqaya yeni yüksələn "Hull City" ilk turda "Mançester Yunayted"i qəbul edib. MKM Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri böyük sürprizə imza ataraq "Mançester Yunayted" üzərində 2:0 hesablı qələbə qazanıblar. "Hull City"nin qollarını 17-ci dəqiqədə Semi Ajayi, 38-ci dəqiqədə isə Nobel Mendi vurub. Beləliklə, "Hull City" uzun fasilədən sonra Premyer Liqada ilk qələbəsini qazanıb. Komandanın sahibi Acun Ilıcalı da qarşılaşmadan sonra böyük sevinc yaşayıb. Qeyd edək ki, II turda "Hull City" səfərdə "Coventry" ilə qarşılaşacaq. "Mançester Yunayted" isə doğma meydanda "Ipswich Town"u qəbul edəcək.

Mənbə
oxu.az