Digər

İran ordusu müdafiədən hücum doktrinasına keçdi

22 Aug 2026, 17:12 2 baxış
İran ordusu müdafiədən hücum doktrinasına keçdi

Fars körfəzindəki son hərbi əməliyyatlardan sonra İran ordusu müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib.


Axar.az xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian məlumat yayıb.


O bildirib ki, əvvəllər ölkənin hərbi doktrinası müdafiə xarakterli idi, lakin tədricən, son iki müharibə zamanı müdafiə doktrinasından hücum doktrinasına keçid edilib:


“Yeni doktrinanın göstəricilərindən biri profilaktik tədbirlərin həyata keçirilməsidir. İordaniyadakı Amerika bazasına hücum zamanı biz effektiv şəkildə qabaqlayıcı yanaşma nümayiş etdirdik və ABŞ avadanlıqlarına, strukturlarına və insan resurslarına ciddi ziyan vurduq".

Mənbə axar.az

Oxşar Xəbərlər