Digər

Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var

22 Aug 2026, 17:46 3 baxış
Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var

Türkiyədə "Əlixan Kuriş cinayət təşkilatı" ilə bağlı aparılan istintaq çərçivəsində ikinci geniştərkibli əməliyyat həyata keçirilib.


Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində 12 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Qaçan 1 nəfərin saxlanılması üçün axtarışlar davam etdirilir.


Qeyd olunub ki, saxlanılan şəxslər arasında təşkilat rəhbərləri, xəstəxana və İT şirkətlərinin keçmiş rəsmiləri də var.


Qeyd edək ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən "Əlixan Kuriş cinayət təşkilatı"na qarşı istintaq başladılmış, Süleymançılar dini qruplaşmasının lideri Ə.Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülmüşdü.

Mənbə axar.az

Oxşar Xəbərlər