İdman

Misli Premyer Liqasında II tur başlayır: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə QARŞI

22 Aug 2026, 09:24 3 baxış
Misli Premyer Liqasında II tur başlayır: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə QARŞI
Misli Premyer Liqasında II turun oyunlarına start verilir. Oxu.Az xəbər verir ki, ikinci turda bu gün iki görüş keçiriləcək. İlk oyunda "Qəbələ" doğma meydanda "Şəfa"nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Zirə" "İmişli" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək. 22 avqust Misli Premyer Liqası II tur Saat 18:30, "Qəbələ" - "Şəfa"; Saat 20:45, "Zirə" - "İmişli". Qeyd edək ki, bu tur keçirilməli olan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunları "Sabah" və "Qarabağ"ın avrokubok oyunlarına görə təxirə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər