İdman

Britaniya 2042-ci ildə DÇ-yə ev sahibliyi etmək istəyir

22 Aug 2026, 01:37 1 baxış
Britaniya 2042-ci ildə DÇ-yə ev sahibliyi etmək istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2042-ci ildə futbol üzrə dünya çempionatının ölkə ərazisində keçirilməsini təklif edib.


Axar.az xəbər verir ki, bu barədə “Tayms” mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, Börnhem bu ideyanı Mançesterdə yeni baş nazirlik ofisində şəhər merləri ilə görüş zamanı irəli sürüb. Baş nazirin turnirə ev sahibliyi etmək üçün İngiltərə Futbol Assosiasiyası və İngiltərə Premyer Liqası ilə danışıqlar apardığı bildirilir.


Börnhem hökuməti 2040-cı ildə Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi üçün də müraciət etməyə hazırlaşır. Baş nazir yarışları Böyük Britaniyanın şimalındakı şəhərlərdə təşkil etməklə regionların iqtisadi inkişafına təkan vermək istəyir.


Bildirilib ki, İngiltərə, futbol üzrə dünya çempionatına yalnız bir dəfə – 1966-cı ildə ev sahibliyi edib

Mənbə axar.az

Oxşar Xəbərlər