Digər

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Aug 2026, 10:49 1 baxış
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Rusiya ordusu Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski Feysbukda bildirib.


"Bir işçi - "Ukrzaliznitsya"nın briqadiri hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib.


Bundan başqa, "Ukrzaliznitsya"nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər