Dünya
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Kolumbiyada baş verən zəlzələ nəticəsində ən azı 329 nəfər həlak olub, 247 nəfər itkin düşmüş hesab edilir. Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Fəlakətlərin idarə edilməsi xidməti öz "X" hesabında məlumat verib. "329 nəfər həlak olub, 4600 nəfər yaralanıb, 247 nəfər itkin düşmüş kimi qeydə alınıb və 364 nəfər xilas edilib", - deyə məlumatda bildirilib. Bundan əlavə, 1200-dən çox heyvan da xilas edilib. Hökumətin son qiymətləndirməsi göstərib ki, zəlzələ 31 000-dən çox evi dağıdıb, 171 273 binaya zərər dəyib. Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentində San-Xose-del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, zəlzələ ölkənin 15 departamentini təsir altına alıb. Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 319 nəfər olduğu bildirilirdi.
Mənbə
oxu.az