İdman

İngiltərə millisinin yarımmüdafiəçisi "İnter"ə keçdi - RƏSMİ

22 Aug 2026, 01:48 3 baxış
İngiltərə millisinin yarımmüdafiəçisi "İnter"ə keçdi - RƏSMİ
İngiltərə millisinin yarımmüdafiəçisi Kurtis Cons "Liverpul"dan "İnter"ə keçib. Oxu.Az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu İtaliya klubu ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalayıb. KİV-in məlumatına görə, transferin məbləği 35 milyon avro təşkil edib. "Liverpul" akademiyasının yetirməsi olan Cons klubun əsas komandasında 228 oyun keçirib, 22 qol vurub və 25 məhsuldar ötürmə edib. O, İngiltərə millisinin heyətində isə altı matçda bir qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər