Kriminal

Maşının nömrəsini çıxarıb avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO

22 Aug 2026, 10:30 1 baxış
Maşının nömrəsini çıxarıb avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib. Oxu.Az-ın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi VAZ markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib. Qeyd edək ki, kadrlardan da görünür ki, N.Əhmədzadə maşının arxa hissəsindəki dövlət nömrə nişanını çıxararaq avtoxuliqanlıq edirmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər