Siyasət

Kosta-Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - FOTO

22 Aug 2026, 00:24 3 baxış
Kosta-Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - FOTO
Azərbaycan Respublikasının Kosta-Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsini Kosta-Rika Respublikasının Prezidenti Laura Fernandesə təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Kosta-Rikadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kosta-Rika Prezidentinə çatdırıb. Prezident Laura Fernandes təşəkkürünü ifadə edərək, səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Görüş zamanı səfir regionda baş verən son geosiyasi proseslər və formalaşmaqda olan yeni reallıqlar fonunda Azərbaycanın artan rolu, ölkənin iqtisadi potensialı və əlverişli investisiya mühiti barədə Prezident Laura Fernandesi məlumatlandırıb. Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunmuş mühüm irəliləyişlər barədə məlumat verib. Prezident Laura Fernandes Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, prezidentlik müddəti ərzində Kosta-Rika ilə Azərbaycan arasında mövcud dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinə hazır olduğunu bildirib. Kosta-Rika Prezidenti Azərbaycan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş "Azərbaycan. Təbiətin sehrində" kitabını Prezident Laura Fernandesə təqdim edib.
{{gallery}}
Kosta-Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - FOTO Kosta-Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - FOTO Kosta-Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər