İdman

Türkiyə Superliqası: "Qalatasaray" Nəriman Axundzadənin komandasını darmadağın etdi - VİDEO

22 Aug 2026, 01:00 2 baxış
Türkiyə Superliqası: "Qalatasaray" Nəriman Axundzadənin komandasını darmadağın etdi - VİDEO
Türkiyə Superliqasının 2026/2027 mövsümünün 2-ci turunda "Erzurumspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Erzurumun "Kazım Karabekir" stadionunda keçirilən qarşılaşma qonaqların 0:4 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın heyətində hesabı 12-ci dəqiqədə Roland Şallai açıb. 20-ci dəqiqədə Yunus Akgün Viktor Osimhenin ötürməsindən sonra fərqi iki topa çatdırıb. İlk hissənin 45-ci dəqiqəsində Osimhen hesabı 0:3 edib. İkinci hissədə, 80-ci dəqiqədə Osimhen daha bir qol vuraraq dublunu rəsmiləşdirib.

Qeyd edək ki, "Erzurumspor"un heyətində çıxış edən azərbaycanlı hücumçu Nəriman Axundzadə 55-ci dəqiqədə əvəzləmədən meydana daxil olub. Bu qələbədən sonra "Qalatasaray" 4 xalla turnir cədvəlinə başçılıq edir, "Erzurumspor" isə xalsız olaraq sonuncu - 18-ci pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər