Cəmiyyət
Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT - VİDEO
Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun müddətdir yararsız vəziyyətdədir. Ərazidə yol kənarlarına məişət tullantıları və köhnə əşyalar atılıb, nəticədə, antisanitar vəziyyət yaranıb. Zibil qoxusunun isə kəskin şəkildə hiss olunduğu bildirilir.
Sakinlər su probleminin də uzun müddətdir həll olunmadığını deyirlər. Onların sözlərinə görə, su boruları köhnədir və tez-tez sıradan çıxır. Ərazidə diqqətçəkən digər problem isə artıq beş ildir tikilməsi gözlənilən məktəbin qarşısındakı vəziyyətdir. Məktəbin ətrafında tullantıların olması sakinlərin narahatlığını daha da artırır. Şikayətçilərdən biri axşam saatlarında yoldakı çuxurlardan birinə övladının düşərək xəsarət aldığını bildirib. Sakinlər aidiyyəti qurumların məsuliyyəti bir-birinin üzərinə atmasından da narazıdırlar. "Bura avtobus gəlsin, bu yol düzəlsin. Xahiş edirəm, aidiyyəti qurumlar bir-birinin üstünə atmasın. Avtobus sürücüsü deyir ki, orada ağac var, kəsilməlidir. Bələdiyyədən bildirirlər ki, icra hakimiyyəti tərəfindən kəsiləcək. İcra hakimmiyyəti isə bələdiyyənin üstünə atır. Heç biri də kəsmir. Avtobus da gəlmir", - sakinlərdən biri deyib.

Mənbə
oxu.az