Dünya
Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu: "Biz bu filmi artıq görmüşük"
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib. Oxu.Az xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Həmin vaxt Obama vitse-prezidenti Co Baydenin İrana "sanksiyalar tarixinin ən sarsıdıcı sanksiyaları. Nöqtə" vəd etdiyi sözlərindən sitat gətirmişdi. "14 il əvvəl: "Tarixin ən dağıdıcı sanksiyaları". İşə yaramadı. 8 il əvvəl: "Maksimum təzyiq". İşə yaramadı. 5 ay əvvəl: "Qeyd-şərtsiz təslim olma". İşə yaramadı. Bu gün: "Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı". İflasa məhkumdur. Biz bu filmi artıq görmüşük. Həmin cəfəngiyatdır. Sadəcə, indi hədələyənlər başqalarıdır", - deyə Əraqçı qeyd edib. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər