İdman
Azərbaycan millisi Avropa çempionatına QƏLƏBƏ ilə başladı
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakının ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb. Oxu.Az xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupundakı ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığma qrupdakı növbəti oyununu avqustun 23-də eyni məkanda İspaniyaya qarşı keçirəcək. Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya milliləri də mübarizə aparır. Qrup mərhələsinin oyunlarına avqustun 28-də yekun vurulacaq.
Mənbə
oxu.az