Dünya
"The New York Times" üçün tarixi məğlubiyyət: Milyonlarla dollar təzminat ödəyəcək
Andlı iclasçılar məhkəməsi "The New York Times" qəzetinin üzərinə Alabama Universitetinin basketbol komandasının keçmiş oyunçusu Kay Spirsə 9,25 milyon dollar təzminat ödəmək öhdəliyi qoyub. Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir. Qəzet onun 2023-cü ildə Taskalusada 23 yaşlı qadının ölümü ilə nəticələnən atışma yerində olduğunu yanlış olaraq qeyd edib. Qəzet ABŞ-də dərc olunan məqalələri ilə bağlı son 50 ildən çox müddətdə ilk dəfə böhtan üzrə məhkəmə işində məğlub olub. Spirs 2023-cü ildə "The New York Times"a qarşı iddia qaldırıb. Buna qəzetin anonim mənbəyə istinadən "onun atışma yerində olan avtomobilin sərnişini olduğunu" iddia etdiyi məqalə səbəb olub. İddia ərizəsi təqdim edildikdən iki gün sonra qəzet materiala düzəliş edib və redaksiya qeydi əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər