İdman

Millimiz Portuqaliya yığmasını məğlub etdi

21 Aug 2026, 21:44 2 baxış
Millimiz Portuqaliya yığmasını məğlub etdi

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ilk matçını keçirib.


Axar.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya millisi ilə üz-üzə gəlib.


Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.


Qeyd edək ki, komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya millisinə qarşı keçirəcək.


Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər