Digər

İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi

21 Aug 2026, 22:40 2 baxış
İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi

Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Oman XİN məlumat yayıb.


Tərəflər regional məsələlər və Hörmüz boğazındakı gəmiçiliklə bağlı vəziyyəti müzakirə ediblər.


Diplomatlar Yaxın Şərqdəki cari hadisələr kontekstində siyasi dialoqun və danışıqlar prosesinin bərpasına kömək edəcək şəraitin formalaşdırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər