Dünya
Yunanıstanda sərnişin təyyarəsinin uçuşu kərkəs quşuna görə təxirə salındı - FOTO
Yunanıstandan havaya qalxmalı olan "Ryanair" şirkətinə məxsus sərnişin təyyarəsinin reysi ləngiyib. Buna səbəb hava gəmisinin quyruq hissəsinə qonaraq oradan getmək istəməyən nəhəng kərkəs olub. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb. Təyyarənin heyəti hündürlük sükanını və qanad hissələrini hərəkətə gətirərək quşu uzaqlaşdırmağa cəhd etsə də, kərkəs hava gəmisinin əsas hissələrindən birində sakitcə oturmağa davam edib. Yaranmış vəziyyəti uçuş zolağına gələn yanğınsöndürənlər həll ediblər. Onlar nərdivanla quşun olduğu yerə qalxıb, gödəkçə vasitəsilə onu ehtiyatla tutaraq hava limanının xidməti otağına aparıblar. Bütün bu müddət ərzində kərkəs yanğınsöndürənin qucağında sakitcə qalıb. Mütəxəssislər tərəfindən aparılan baxış zamanı quşda heç bir zədə aşkarlanmayıb. Hava limanının işçiləri kərkəsi aidiyyəti xidmətlərə təhvil veriblər və quş mütəxəssislərin nəzarəti altında təhlükəsiz yerə yerləşdirilib. Aeroport əməkdaşlarının ehtimalına görə, bu, böyük ehtimalla yeni mühitə hələ tam uyğunlaşa bilməyən cavan kərkəs quşu olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az