Dünya
Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi
Məşhur türkiyəli müğənni Mabel Matiz, "Ha Leylim" adlı mahnısı ilə bağlı başladılan istintaq üzrə hüquq-mühafizə orqanlarında dindirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, sənətçi ölkə hüdudlarını tərk etmə qadağasını nəzərdə tutan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Qeyd olunur ki, əsl adı Fatih Karaca olan və səhnədə Mabel Matiz kimi məşhurluq qazanan ifaçı, "Ha Leylim" mahnısının sözləri və video klipindəki ədəbsizlik iddialarına görə açılan cinayət işi çərçivəsində ifadə verib.
Mənbə
oxu.az