Cəmiyyət
Dövlət sərhədindəki gömrük postlarında gözləyən TIR-ların sayı açıqlandı
Avqustun 21-də Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən "Xanoba" gömrük postunda 1, "Samur" gömrük postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir. Gürcüstanla sərhəddə "Mazımqara" gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, "Qırmızı Körpü" gömrük postunda isə 700-dür. İran İslam Respublikası ilə sərhəddə "Biləsuvar" gömrük postunda növbə qeydə alınmayıb, "Astara" gömrük postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.
Mənbə
oxu.az