Digər
Azərbaycanlıların olduğu gəmi vuruldu - Video
Türkiyə şirkətinə məxsus “Volqo-Balt 226” gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Maritime Voice” məlumat yayıb.
Hücum nəticəsində heyət üzvü xəsarət almayıb. Portalın məlumatına görə, gəminin göyərtəsi və kabinələri zədələnib.
Gəminin heyəti arasında 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı var.
Hücuma baxmayaraq, gəmi Türkiyənin Trabzon şəhərinə doğru hərəkət edib.
Mənbə
axar.az