Siyasət

İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqlədi

21 Aug 2026, 15:57 2 baxış
İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqlədi
Prezident İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqləyib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb. Həmin sənədlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş; 2. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; 3. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş; 4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol; 5. Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş. Qeyd edək ki, sənədlər 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər