İdman
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Azərbaycan millisinin yekun heyəti: Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova. Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova. Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva. Liberolar: Yuliya Kərimova, Bəyaz Quliyeva, Ceyran İmanova. Baş məşqçi: Faiq Qarayev. Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov. Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Mənbə
oxu.az