İdman
78 yaşlı uelsli hakimdən inanılmaz REKORD - FOTO
UEFA-nın mətbuat xidməti Ginnesin Rekordlar Kitabına düşən uelsli hakimi təbrik edib. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, hakim Ken Rayt hakimlik karyerasının müddətinə görə rekordçu olduğuna dair rəsmi sertifikat alıb. Rayt artıq 63 mövsümdür matçları idarə edir və bu müddət ərzində 5 000-dən çox qarşılaşmada hakimlik edib. 78 yaşlı referi 1964-cü ildən futbol sahəsində fəaliyyət göstərir. Hazırda Rayt Suonsi qraflığının veteranlar liqasında keçirilən oyunlarda hakimlik etməyə davam edir.
Mənbə
oxu.az