Digər

Nigeriyada qayıq aşdı: 40 nəfər öldü

20 Aug 2026, 20:42 2 baxış
Nigeriyada qayıq aşdı: 40 nəfər öldü

Nigeriyada qayığın çevrilməsi nəticəsində 40-a yaxın insan həyatını itirib.


Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.


Bildirilib ki, göyərtəsində 70-dən çox insanın olduğu qayıq Sokoto ştatı ərazisində yola düşdükdən qısa müddət sonra aşıb. Sərnişinlərin əksəriyyəti 10-15 yaşlarında uşaqlar olub.


"Hazırda 40-a yaxın cəsəd tapmışıq, 6 nəfər isə xilas edilib", - deyə bildirilib.


Axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin məlumatlara görə, qayıq həddindən artıq yükləndiyi üçün aşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər