İdman
"Qalatasaray" tarixinin ilk rusu İstanbulda: Batrakovdan iddialı açıqlama
"Qalatasaray"ın yeni transferi Aleksey Batrakov İstanbula gəldikdən sonra açıqlama verib. Oxu.Az xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. Batrakov "Qalatasaray"a transferini əvvəldən istədiyini bildirib: "Buraya gəlmək istəyirdim. "Qalatasaray" dünyada ən çox tanınan klublardan biridir. Azarkeşləri bütün dünyada məşhurdur. Onlar Avropanın ən çılğın azarkeşləridir. Bir an əvvəl onlarla birlikdə olmaq istəyirəm". Qeyd edək ki, Batrakovun transferinin rəsmiləşməsindən sonra o, "Qalatasaray"da forma geyinən ilk rusiyalı futbolçu olacaq.
Mənbə
oxu.az