Cəmiyyət
Bu MMC-nin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.
Axar.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığı nəzərə alınaraq 1 hüquqi şəxs olan sığorta brokerinə ("Sizin Sığorta Brokeri" MMC), 1 fiziki şəxs olan sığorta brokerinə və 2 fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Mənbə
axar.az