İdman

Avropa çempionatı: Millimizin yekun heyəti açıqlandı

20 Aug 2026, 20:19 2 baxış
Avropa çempionatı: Millimizin yekun heyəti açıqlandı

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın yekun heyəti bəlli olub.


Voleybol Federasiyasından Axar.az-a verilən məlumata görə, C qrupunda mübarizə aparacaq yığmaya 14 voleybolçu dəvət edilib. Komandanın kapitanı Ayşən Abduləzimovadır.


Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova;


Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova;


Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;


Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;


Baş məşqçi: Faiq Qarayev;


Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.


Qeyd edək ki, C qrupunun oyunları 21-28 avqust tarixlərində Bakıda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər