Digər
Rusiya uduzduğu üçün mülki şəxsləri hədəf alır - Leyen
Rusiya başlatdığı müharibəni uduzur.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen özünün X səhifəsində yazıb.
“Cavab olaraq mülki şəxsləri və mülki infrastrukturu hədəf alır. Biz üzv dövlətlər və tərəfdaşlarımızla birlikdə Ukraynanın ballistik raket əleyhinə imkanlarını gücləndirmək üçün çalışırıq. Ukraynanın insan itkisinin qarşısını almaq üçün vasitələrə malik olmasını təmin etmək istəyirik. Bu, ən təcili prioritetdir”, - o bildirib.
Qeyd edək ki, avqustun 20-nə keçən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Mənbə
axar.az