Dünya

Rusiya ordusu Slavyansk və Kramatorska zərbələr endirdi: 10 yaralı var – FOTO – VİDEO

20 Aug 2026, 16:40 2 baxış
Rusiya ordusu Slavyansk və Kramatorska zərbələr endirdi: 10 yaralı var – FOTO – VİDEO
Rusiya qoşunlarının Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərinə bu gün endirdiyi zərbələr nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Şəhərlərdə mülki və infrastruktur obyektlərinin hədəfə alındığı qeydə alınıb. Bu barədə Oxu.Az Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin "Telegram" hesabındakı paylaşımına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri səhər saatlarında Slavyansk və Kramatorska hücum ediblər. Slavyanska pilotsuz uçuş aparatları ilə zərbə saat 08:20-də (Bakı vaxtı ilə 09:20-də) həyata keçirilib. Dronlardan birinin yaşayış bölgəsindəki mağazaya çırpılması nəticəsində orada yanğın başlayıb. Hadisə zamanı üç nəfər yaralanıb. Kramatorsk şəhərində isə ardıcıl zərbələr səbəbindən daha yeddi nəfər xəsarət alıb. Saat 10:50-dən (Bakı vaxtı ilə 11:50-dən) etibarən Rusiya ordusu şəhərə doqquz dəfə hücum təşkil edib. İlkin ehtimallara görə, zərbələr üçün vahid planlaşdırma və korreksiya modulları ilə təchiz edilmiş FAB-250 aviasiya bombaları tətbiq edilib. Kramatorskda mağaza, müəssisə və infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilir. Hazırda bütün aidiyyəti xidmətlər hadisə yerlərində fəaliyyətlərini davam etdirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər