Digər

Hava hücumu: Ukrayna parlamenti köçürülür…

20 Aug 2026, 15:03 1 baxış
Hava hücumu: Ukrayna parlamenti köçürülür…

Kiyevdə tez-tez hava həyəcanlarının elan olunması səbəbindən Ukrayna Ali Radasının daha təhlükəsiz əraziyə köçürülməsi müzakirə olunur.


Axar.az xəbər verir ki, bunu ukraynalı deputat Nikita Poturayev bildirib.


“Biz bir qanunu ona görə səsə qoyduq ki, iki dəfə hava həyəcanı elan edildi. Aydındır ki, Ali Rada bu rejimdə işləyə bilməz. Düşünürəm ki, vəziyyət daha da pisləşəcək. Kiyevdə parlamentin fəaliyyətinin köçürülə biləcəyi daha təhlükəsiz yer mövcuddur”,- Poturayev qeyd edib.


Lakin Poturayev həmin məkanın harada olduğunu açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər