İqtisadiyyat

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

20 Aug 2026, 16:26 1 baxış
Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb. Qeyd olunur ki, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi vasitəsilə regionlara turist axınının stimullaşdırılması nəzərdə tutulur. Regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının (keyfiyyətli avtomobil, avtobus və dəmiryol əlaqəsi) artırılması, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, dəmiryol bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik, aylıq dəmiryol bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması, həmçinin regionlarda turizm informasiya xidmətinin genişləndirilməsi görüləcək tədbirlər arasında yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər