İqtisadiyyat

Azərbaycanda viza ilə bağlı yenilik olacaq

20 Aug 2026, 16:44 1 baxış
Azərbaycanda viza ilə bağlı yenilik olacaq
Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi görüləcək tədbirlər arasında yer alıb. Bu istiqamətdə görüləcək tədbirlər arasında aşağıdakılar yer alıb: - hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi; - hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması; - gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi; - gəlmə turizmi məqsədilə elektron viza (sərhəddə viza daxil olmaqla) rejimi tətbiq edilən ölkələrin sayının artırılması; - yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi; - turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi.
Mənbə oxu.az

Oxşar Xəbərlər