Dünya
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır
Ermənistan ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Türkiyə ilə sərhəddə ən azı iki nəzarət-buraxılış məntəqəsi açmağa ümid edir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilir. "Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması, Ermənistan-Türkiyə sərhədinin açılması və ən azı iki müasir nəzarət-buraxılış məntəqəsinin istismara verilməsi, nəqliyyat, energetika və rəqəmsal infrastrukturların bərpası və genişləndirilməsi, həmçinin ikitərəfli və çoxtərəfli ticarətin stimullaşdırılması istiqamətində işlər aparılacaq", - deyə sənəddə qeyd olunur.
Mənbə
oxu.az