İdman

"Sabah"ın qoluna hazır idik - Kojux

20 Aug 2026, 01:25 3 baxış
"Sabah"ın qoluna hazır idik - Kojux

Hazırda xoşbəxtəm. Lakin bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar.


Axar.az xəbər verir ki, bunu İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux “Sabah”a 2-1 qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.


"Sabah"ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Biz ötürmə vaxtı səhv etmişdik. Onlar da bundan yararlandılar. "Orhus" (Danimarka) evdə "Sabah"a 2-1 hesabı ilə qalib gəlmişdi. Səfərdə dörd cavabsız topla uduzdu. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik", - o bildirib.


Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər