Digər
Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirir
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə zərbələr endirir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Bildirilib ki, hazırda şəhərdə güclü partlayış səsləri eşidilir.
Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Mənbə
axar.az