Dünya

Qazaxıstanda 79 sərnişin havada qorxulu anlar yaşadı: Təyyarə təcili geri qayıtdı

20 Aug 2026, 00:48 2 baxış
Qazaxıstanda 79 sərnişin havada qorxulu anlar yaşadı: Təyyarə təcili geri qayıtdı
Qazaxıstanda Ust-Kamenoqorsk hava limanında göyərtəsində 79 sərnişinin olduğu təyyarə güclü silkələnmə və vibrasiya səbəbindən uçuşunu dayandıraraq təcili geri qayıdıb. Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, "Embraer 170" təyyarəsi uçuş-enmə zolağından havaya qalxdığı anda quş sol mühərrikə düşüb. Hava gəmisi güclü şəkildə silkələnib və sərnişinlər baş verənləri anlamayıblar. Təyyarə Novosibirskə uçmaq əvəzinə geri dönərək eniş edib. Daha sonra aparılan baxış zamanı mühərrikin ventilyatorunun dörd pərinin zədələndiyi məlum olub. Texniki vəziyyəti tam qiymətləndirilənədək təyyarənin uçuşlardan kənarlaşdırıldığı, reysin isə səkkiz saat təxirə salındığı bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər