Dünya
Meksikada ARA QARIŞDI: Yollar bağlandı, avtomobillər yandırıldı - VİDEO
Meksikanın Miçoakan ştatında naməlum şəxslər yolları bağlayıb və avtomobilləri yandırıblar. Oxu.Az xəbər verir ki, bu barədə "El Financiero" ştat hakimiyyətinin məlumatlarına və ölkə Prezidenti Klaudiya Şeynbaumun açıqlamasına istinadən xəbər yayıb. Yayılan məlumatlara görə, bu gün səhər ştat ərazisində yollarda ən azı 24 qanunsuz blokpost qurulub. Onları yaradan şəxslər avtomobilləri, o cümlədən yük maşınlarını və sərnişin avtobuslarını saxlayıb, onlardan istifadə edərək yolları bağlayıb və nəqliyyat vasitələrini yandırıblar. İğtişaşların əsas bölgələri Samora, Moreliya, Sakapu və Kiroqa şəhərləri olub. Samora-La-Pyedad istiqamətindəki yollarda, eləcə də Patskuaro və Sakapu rayonlarında hərəkət məhdudlaşdırılıb.
"Hazırda orada bir və ya bir neçə prioritet hədəfin saxlanılması üzrə əməliyyat keçirilir. Daha sonra təhlükəsizlik kabineti məlumat verəcək. Buna görə də bir neçə yerdə bu cür ələkeçirmələr baş verib", - deyə Şeynbaum mətbuat konfransında bildirib. Hadisə yerinə hərbçilər, Milli Qvardiyanın və ştatın Mülki Qvardiyasının əməkdaşları, həmçinin hərbi helikopter göndərilib. Qonşu Xalisko ştatının qubernatoru Pablo Lemus bildirib ki, onun qüvvələri hazırlıq vəziyyətinə gətirilib və ştatların sərhədində federal hakimiyyət orqanları ilə koordinasiyalı fəaliyyət göstərilir. Lakin o qeyd edib ki, Xaliskoda hələlik iğtişaş qeydə alınmayıb. Qeyri-rəsmi məlumatlara görə, iğtişaşları kriminal qruplar hüquq-mühafizə orqanlarının "Xalisko - Yeni nəsil" (CJNG) kartelinin "El Tio Lako" ləqəbli lideri Eraklio Gererronun tutulması məqsədilə keçirdiyi əməliyyata görə təşkil ediblər. Onun saxlanılması ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.

Mənbə
oxu.az