İdman
Niderlandlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçdi
Niderland millisinin yarımmüdafiəçisi Ticani Reynders "Mançester Siti"dən Səudiyyə Ərəbistanının "Əl-Qadisiyyə" klubuna transfer olunub. Oxu.Az bildirir ki, bu barədə İngiltərə klubunun saytında məlumat verilib. Müqavilənin müddəti açıqlanmır. Jurnalist Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 61 milyon avro təşkil edib. Ötən il "Mançester Siti" futbolçunu "Milan"dan 55 milyon avroya almışdı. Yarımmüdafiəçi "şəhərlilər"in heyətində keçirdiyi 47 oyunda yeddi qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az