Dünya

ABŞ-nin Hörmüz boğazındakı GİZLİ PLANI üzə çıxdı

20 Aug 2026, 01:00 2 baxış
ABŞ-nin Hörmüz boğazındakı GİZLİ PLANI üzə çıxdı
ABŞ Silahlı Qüvvələri İran hakimiyyəti ilə razılaşdırmadan Hörmüz boğazı vasitəsilə milyonlarla barel neftin gizli daşınmasını təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, hər gün 15-20 tanker boğazın Oman sahili boyunca yerləşən cənub kanalından keçir və Yaxın Şərqdən təxminən 10 milyon barel nefti uğurla ixrac edir. Bu, müharibədən əvvəlki göstəricinin təxminən yarısına bərabərdir. "Biz iki aydır ki, Hörmüzün cənub hissəsinə nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu problemlər yarada bilər, lakin boğaza nəzarət etmir. Bunu biz edirik", - deyə "Axios" əməliyyatdan xəbərdar olan mənbənin sözlərini sitat gətirib. ABŞ Silahlı Qüvvələrinin koordinatorlar qrupu əməliyyatı Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə əlaqələndirir və hər gün Hörmüzdən keçməyi planlaşdıran gəmilərin siyahısını hazırlayır. Hər gecə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə bu gəmilər neftin yüklənməsi və boşaldılmasını həyata keçirir, vaxtaşırı nəzarət-buraxılış məntəqələrində qeydiyyatdan keçirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər