Digər

Səyahət etmək bahalaşacaq: Biletlərin qiyməti arta bilər

20 Aug 2026, 00:50 2 baxış
Səyahət etmək bahalaşacaq: Biletlərin qiyməti arta bilər

Yaxın Şərqdəki münaqişənin uzanacağı təqdirdə, 2027-ci ildə beynəlxalq uçuşların qiymətinin 10 faiz artacağı gözlənilir.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Tourism Economics" konsaltinq şirkətinin analitik hesabatında bildirilir.


Uçuş xərclərində artımın 2026-cı ilin sonunda daha nəzərəçarpan olacağı, tədarük zəncirindəki fasilələrin davam edəcəyi təqdirdə isə 2027-ci ildə qiymət artımının daha əhəmiyyətli həddə - 10 faizə qədər yüksələ biləcəyi ehtimal edilir.


Hörmüz boğazı vasitəsilə enerji resurslarının ixracı sisteminin pozulması neft və aviasiya yanacağının qiymətlərinə ciddi təzyiq göstərib. Bununla yanaşı, neft emalında marjanın rekord dərəcədə yüksək olması, həmçinin tədarükün təmin edilməsi və saxlama imkanları ilə bağlı narahatlıqlar səbəbindən aviasiya yanacağının dəyəri xam neftlə müqayisədə kəskin şəkildə bahalaşıb.


Hesabatda qeyd olunur ki, vəziyyətin nisbətən əlverişli ssenari üzrə inkişaf edəcəyi halda belə, 2026-cı ildə aviabiletlərin orta dünya qiymətləri münaqişədən əvvəl gözlənilən səviyyədən 5-10 faiz yüksək ola bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər