Kriminal
Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb. R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az