Dünya

Fransada isti hava ilə bağlı qorxunc RƏQƏMLƏR AÇIQLANDI: Ölənlərin sayı yeddi mini keçdi

19 Aug 2026, 23:36 2 baxış
Fransada isti hava ilə bağlı qorxunc RƏQƏMLƏR AÇIQLANDI: Ölənlərin sayı yeddi mini keçdi
Fransada iyulun 3-dən 22-dək davam edən ikinci istilik dalğası 1 243 əlavə ölüm halı ilə əlaqəli ola bilər. Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatları "Public Health France" təşkilatı açıqlayıb. Mütəxəssislər vurğulayırlar ki, bu rəqəm bütün ölümlərin birbaşa isti hava səbəbindən baş verdiyi anlamına gəlmir. Söhbət həmin dövrdə ümumi ölüm hallarının gözlənilən göstəricidən artıq olmasından gedir. Yayın əvvəlindən etibarən yüksək temperaturun təxminən 7 300 əlavə ölümlə əlaqəli ola biləcəyi ehtimal edilir. Ən çox ölüm birinci böyük istilik dalğası zamanı - iyunun 17-dən 30-dək qeydə alınıb. Həmin dövrdə göstərici 5 764 hal təşkil edib. Daha əvvəl, mayın 24-dən 28-dək baş verən ilk istilik dalğasının isə təxminən 300 əlavə ölümlə əlaqəli olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər